ABŞ-li teatr və kino aktyoru Harris Yulin vəfat edib.
Kulis.az xəbər verir ki, aktyorun ölümünə səbəb ürək tutması olub.
Harris Yulin "Çapıqlı üz", "Kabus ovçuları", "Təlim günü" filmləri və "Mister Bin" komediyası ilə məşhurlaşıb.
Aktyor məşhur “Ozark” da daxil olmaqla bir sıra teleseriallarda rol alıb.
Qeyd edək ki, Harris Yulin həmçinin “Emmy” və “Drama Desk Award” mükafatlarına da namizəd olub.