Məşhur aktyor vəfat etdi

Ceyms Kaan

Ceyms Kaan

8 iyul 2022
# 10:40

Məşhur amerikalı aktyor Ceyms Kaan 82 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə onun ailəsi sosial şəbəkədə məlumat verib. Aktyorun ölüm səbəbi barədə məlumat verilmir.

1940-cı ildə Nyu-Yorkda anadan olmuş Ceyms Kaanın rol aldığı filmlər bir çox dilə dublyaj olunub. Onun rol aldığı “Xaç atası” filmi “Oskar” və “Qızıl qlobus” mükafatlarına layiq görülüb. Aktyor 4 dəfə “Qızıl qlobus”, 2 dəfə “Saturn” mükafatının laureatı olub.

# 1168 dəfə oxunub

Müəllifin son yazıları

# # #