Məşhur aktyor həbs edildi

Məşhur aktyor həbs edildi
18 fevral 2026
# 16:35

Amerikalı aktyor Şia Labaf Mardi Qras festivalı çərçivəsində baş verən qalmaqaldan sonra Nyu Orlean şəhərində polis tərəfindən saxlanılıb.

Kulis.az xəbər verir ki, aktyor əvvəlcə bir məkanda mübahisəyə qarışıb, daha sonra isə küçədə bir nəfərə zərbə endirib.

Bildirilir ki, o, hadisə yerinə yenidən qayıdaraq daha iki şəxsə fiziki müdaxilə edib. Ətrafdakı şəxslər hüquq-mühafizə orqanları gələnədək onu nəzarətdə saxlayıblar.

Aktyor tibbi yoxlanış məqsədilə xəstəxanaya aparıldıqdan sonra həbs olunub. Daha sonra şərti azadlığa buraxılan aktyorun işi üzrə məhkəmə prosesi keçiriləcək.

Qeyd edək ki, Şia LaBeouf geniş tamaşaçı auditoriyasına "Transformers" filmindəki rolu ilə tanınıb.

# 127 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər