Məşhur aktyor əməliyyat olundu

Məşhur aktyor əməliyyat olundu
13 may 2026
# 14:00

Türkiyəli aktyor Oktay Çubuk əməliyyat olunub.

Kulis.az xəbər verir ki, ağır günləri arxada qoyan gənc sənətçi sosial media hesabında pərəstişkarları ilə sevincini bölüşüb.

O, hazırda səhhətinin qaydasında olduğunu və yaxın vaxtlarda xəstəxana divarlarını tərk edərək evinə buraxılacağını bildirib.

Qeyd edək ki, dəhşətli hadisə aktyor anası ilə birlikdə istirahətdə olarkən baş verib. Qaldıqları hotelin idman zalında məşq edən zaman qəfil yerə yıxılan aktyorun ürəyi dayanıb. Lakin vaxtında və peşəkar şəkildə edilən ilkin müdaxilə onun həyatını xilas edib. Bundan sonra bir neçə gün reanimasiyada qalan sənətçi xilas olmağı bacarıb.

# 97 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər