Məşhur aktyor 28 yaşında vəfat etdi

Coi Morqan, aktyor

Coi Morqan, aktyor

22 noyabr 2021
# 16:30

"Netflix"də yayımlanan "Skautlar zombilərə qarşı" filminin ulduzu Coi Morqan 28 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə onun meneceri məlumat yayıb. Onun sözlərinə görə Coi bu səhər dünyasını dəyişib.

Qeyd edək ki, Coi sözügedən ekran işində Oggi Foster obrazını canlandırırdı.

Gənc aktyor 2017-ci ildə "Çiçək" filmindəki Lyuk Şerman rolu ilə tənqidçiləri heyran edib. Onun adı eyni ildə "9 Breakout Talent " siyahısına daxil edilib. Coi 2018-ci ildə perspektivli bir prodüser olaraq ortaya çıxıb. O, "10 saat" qısametrajlı filminin köməkçi prodüseri olub.

# 2648 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #