Amerikalı nağaraçı və aktrisa Tereza Teylor 60 yaşında vəfat edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, "Teresa Nervosa" ləqəbi ilə tanınan amerikalı "Butthole Surfers" pank qrupunun nağaraçısı Tereza Teylor 61 yaşında vəfat edib. Ölümün səbəbi ağciyər xəstəliyi olub.
Qeyd edək ki, sənətçi 10 noyabr 1962-ci ildə Texas ştatının Arlinqton şəhərində anadan olub. Teylor 1983-2009-cu illərdə BS-də fasilələrlə ifa edib.
Xatırladaq ki, 1989-cu ildə Teylora anevrizma diaqnozu qoyulub və daha sonra beyin cərrahiyyəsi keçirib və strob işığından qaynaqlanan tutmalardan əziyyət çəkməyə başlayıb.
Sənətçi rejissor Riçard Linkleyterin "Slacker" filmində rol alıb. O, həmçinin "The Texas Chainsaw Massacre" filminin parodiyası olan "Bar BQ" filmində də oynayıb.