Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi
12 oktyabr 2022
# 10:18

90-cı illərin sevilən serialı “Cinayət masası”nın məşhur ulduzu Angela Lansburi vəfat edib.

Kulis.az xəbər verir ki, 5 gün sonra 97 yaşını qeyd edəcək olan aktrisanın ölüm xəbərini ailəsi “Los Ancelesdəki evində xoşbəxt şəkildə öldü” ifadəsi ilə elan edib.

Xatırladaq ki, aktrisa oynadığı rollarla 3 dəfə Oskara namizəd göstərilib.

O, Amerikanın ən məşhur teatr mükafatı sayılan “Toni” mükafatını 5 dəfə qazanıb.

# 1309 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #