“Mərmər soyuğu” Beynəlxalq Film Festivalının əsas müsabiqəsində

“Mərmər soyuğu” Beynəlxalq Film Festivalının əsas müsabiqəsində
25 oktyabr 2023
# 13:00

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” bədii filmi noyabrın 7-dən 12-dək Almaniyanın Kottbus şəhərində keçirilən 33-cü Cottbus Beynəlxalq Film Festivalında iştirak edəcək.

Kulis.az xəbər verir ki, kinostudiyanın mətbuat xidmətindən verilən məlumata görə, “Mərmər soyuğu” festivalın əsas müsabiqə bölməsində 12 ekran əsəri ilə yarışacaq.

Filmin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir.

Filmdə baş rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov və Natavan Abbaslı çəkiliblər. Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.

Qeyd edək ki, film dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib.

# 926 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #