“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirildi

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirildi
27 aprel 2024
# 13:00

Mərdəkan Mədəniyyət Sarayı və Şağan qəsəbə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən müsabiqədə Xəzər rayon mədəniyyət müəssisələrinin rəsm kurslarının fəal tələbələri iştirak edib. “Lalələr” rəqs ansamblının və “Kiçik Qala” rəqs qrupunun çıxışları maraqla qarşılanıb.

Qeyd edək ki, sonda müsabiqə iştirakçıları təşəkkürnamə və fəxri fərmanlarla təltif olunublar.

# 266 dəfə oxunub

Müəllifin son yazıları

# # #