Məmməd İsmayıl haqda Türkiyədə kitab çap olundu

Məmməd İsmayıl, şair

Məmməd İsmayıl, şair

22 avqust 2022
# 10:00

“Prof. Dr. Mehmet İsmail Armağanı” adlı kitabda şair haqqında yazılanlar əksini tapıb

Əsərləri dünyanın əllidən çox dilinə çevrilmiş, Azərbaycan, türk, rus, fransız, yapon, qazax, rumın, alban, macar dillərində qırxdan çox kitabı yayımlanan türk dünyasının məşhur şairi Məmməd İsmayılın Türkiyədə “Prof. Dr. Mehmet İsmail Armağanı” adlı kitab işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitabda həm Azərbaycan, həm də Türkiyə şair, yazıçı və elm adamlarının Məmməd İsmayıla həsr olunmuş şeirləri, xatirə yazıları və elmi məqalələri yer alıb.

“Prof. Dr. Mehmet İsmail Armağanı” kitabı oxuculara ustad şairin yaradıcılığını bütün dolğunluğuyla qavramaq, əsərlərinə yeni, elmi tərəfdən baxmaq, onu yenidən kəşf etmək imkanı verir.

Qeyd edək ki, M.İsmayıl kimi haqq şairinin sevgi, istək, əbədiyyət yolunu işıqlandırmaq, çoxşaxəli yaradıcılığını bir kitab həcminə sığdırmaq çətin və çətin olduğu qədər də məsuliyyətlidir. Onun poeziyası milli ruhu daşıyan, türklük düşüncəsini məfkurə bilən insanlara daha çox doğmadır. Şairin poeziyası xəlqi mahiyyət daşısa da, daha çox milli ziyalı çevrəsinə ünvanlanıb. Çünki milləti millət edən onun qabaqcıl ziyalıları, fikir və düşüncə insanlarıdır.

# 1781 dəfə oxunub

Müəllifin son yazıları

# # #