Memarlıq abidəsinə müdaxilə - Qurumlar hərəkətə keçdi

Memarlıq abidəsinə müdaxilə - Qurumlar hərəkətə keçdi
23 yanvar 2025
# 15:11

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən yanvarın 9-da Yasamal rayonu, Rostropoviçlər küçəsi, 19 ünvanında yerləşən 5595 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə faktı aşkar edilib.

Kulis.az xəbər verir ki, abidəyə baxış keçirən zaman qanunsuz söküntü işlərinin aparıldığı müəyyən edilib.

Bildirilib ki, əraziyə dəvət olunmuş aidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birgə söküntü işləri dayandırılıb. Aparılan qanunsuz müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunub.

Buna baxmayaraq, 19 yanvar tarixində qanunsuz söküntü işlərinin yenidən təkrarlandığı aşkar edilib. Aşkar olunmuş fakt üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə birgə qanunsuz görülən işlər dayandırılıb.

Abidənin əvvəlki vəziyyətinə qaytarılması üçün tədbirlər davam etdirilir. Modern.az

1412233

1412234

# 229 dəfə oxunub

Müəllifin son yazıları

# # #