Mehriban Xanlarova: "Cəsarəti çatan vaxtında çıxıb sözünü deyərdi"

Mehriban Xanlarova:  "Cəsarəti çatan vaxtında çıxıb sözünü deyərdi"
10 aprel 2023
# 10:00

Əməkdar artist Mehriban Xanlarova mərhum Azər Paşa Nemətov barədə status yazan aktyorlara cavab verib.

Kulis.az xəbər verir ki, bu barədə aktrisa instaqramda paylaşım edən Əməkdar artist onları qorxaq adlandırıb:

“Sosial şəbəkələrdə oxuyuram ki, bu gün dünyasını dəyişən və hələ dəfn olunmamış Azər Paşa Nemətovun haqqında artıq-əskik danışırlar. Ölən insanın arxasınca artıq-əskik danışmaq insanlığa sığmır! Cəsarəti çatan sözünü çıxıb deyərdi! Kimsə öləndən sonra onun haqqında “şirə dönmək” qorxaqlıqdır! Bu ölümdən hamı üçün var! Kimə rəhmət düşür, ya düşmür - Allahın biləcəyi işdir!”.

# 2007 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #