Mehriban Ələkbərzadə baş rejissor təyin olundu

Mehriban Ələkbərzadə. Rejissor

Mehriban Ələkbərzadə. Rejissor

14 mart 2022
# 06:40

Teatr və kino rejissoru, Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə YUĞ Dövlət Teatrından ayrılıb.

APA xəbər verir ki, bu barədə teatrın rəsmi səhifəsində paylaşım edilib. Bildirilib ki, o, mədəniyyət naziri Anar Kərimovun əmrinə əsasən, YUĞ Dövlət Teatrının baş rejissoru vəzifəsindən azad edilərək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Mehriban Ələkbərzadə 2017-ci ildən Azərbaycan Dövlət YUĞ Teatrında baş rejissor kimi fəaliyyət göstərirdi.

# 3755 dəfə oxunub

Müəllifin son yazıları

# # #