“Məhəmməd Füzuli” medalı təsis edildi

“Məhəmməd Füzuli” medalı təsis edildi
25 aprel 2025
# 14:43

Azərbaycan Yazıçılar Birliyi katibliyinin 2025-ci il 3 saylı qərarı ilə “Məhəmməd Füzuli medalı” təsis edilib.

Kulis.az xəbər verir ki, bunu AYB-nin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu paylaşıb.

Məhəmməd Füzuli medalının təqdimetmə komissiyasının rəhbəri olan Səlim Babullaoğlu qeyd edib ki, əsasnaməyə görə bu medalla yalnız “yüksək ədəbi uğurlara görə” əcnəbi şair və yazıçılar təltif ediləcək.

“Füzuli ili”nin məntiqi yekunu kimi təsis edilən medal il ərzində yalnız 3 əcnəbi ədibə veriləcək.

Azərbaycan Yazıçılar Birliyi katibliyinin qərarı ilə bu il Məhəmməd Füzuli medalı 2 nəfərə – böyük qazax şairi, ədibi, mütəfəkkiri Oljas Suleymenova və görkəmli rumın şairi və alimi, Mihay Eminesku Akademiyasının prezidenti İon Deakoneskuya veriləcək.

Qeyd edək ki, medallar bu ilin may ayında sahiblərinə təqdim ediləcək.

# 88 dəfə oxunub

Müəllifin son yazıları

# # #