Mədəniyyət Nazirliyinin maliyyə pozuntuları açıqlandı

Mədəniyyət Nazirliyinin maliyyə pozuntuları açıqlandı
13 fevral 2023
# 17:50

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti maliyyə pozuntuları aşkar edilən qurumların adlarını açıqlayıb.

Kulis.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, sözügedən qurumlar arasında Mədəniyyət Nazirliyi üzrə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi də siyahıda yer alıb.

Qeyd edək ki, məlumata görə, 2022-ci ildə 71 təşkilatda aparılmış yoxlamalarla aşkar olunan 5.081,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 1747,7 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilib. Həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunan 2811,4 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.

# 1433 dəfə oxunub

Müəllifin son yazıları

# # #