Mədəniyyət Nazirliyinin 4500-ə yaxın müəssisəsində monitorinq aparılır

Mədəniyyət Nazirliyinin 4500-ə yaxın müəssisəsində monitorinq aparılır
1 avqust 2023
# 12:14

Mədəniyyət Nazirliyi tərəfindən ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqi prosesinə başlanılıb.

Kulis.az xəbər verir ki, Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin yenidən təşkil edilməsinin ardınca, ölkə ərazisindəki mədəniyyət müəssisələrinin mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, qəzalı, yararsız və fəaliyyətsiz müəssisələrin müəyyən edilməsi, bu istiqamətdə məlumatların sistemləşdirilməsi məqsədilə səyyar monitorinq qrupları təşkil edilib və bölgələrə ezam olunub.

Qeyd edilib ki, monitorinq prosesi ölkənin bütün ərazisi üzrə 64 rayonu əhatə etməklə 4500-ə yaxın müəssisədə aparılır.

"Monitorinqin nəticələrinə uyğun olaraq, xüsusilə respublikanın rayon və kəndlərində illər ərzində baxımsız vəziyyətdə, fəaliyyətsiz qalmış, təyinatı üzrə istifadə edilməyən mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və bu sahədə səmərəliliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi nəzərdə tutulur", - məlumatda vurğulanır.

# 719 dəfə oxunub

Müəllifin son yazıları

# # #