Mədəniyyət nazirinin birinci müavini vətəndaşlarla görüşüb

Mədəniyyət nazirinin birinci müavini vətəndaşlarla görüşüb
25 fevral 2023
# 17:34

Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli fevralın 24-də Hökumət Evindəki Vətəndaş Qəbulu Mərkəzində (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84) vətəndaşları qəbul edib.

Nazirlikdən Kulis.az-a bildirilib ki, qəbulda Bakı şəhəri üzrə 24 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər müxtəlif mövzuları əhatə edib, o cümlədən yaradıcı əməyin qiymətləndirilməsi, mədəniyyət və incəsənət xadimlərinə fəxri adların, fərdi təqaüdlərin verilməsi, sahə ilə bağlı təklif, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Bütün müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qeyd olunan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib. Həmçinin qəbulda səslənən bir sıra məsələlərlə əlaqədar lazımi tədbirlərin görülməsi tapşırılıb.

Görüşdə şəhid ailələrinin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

# 1128 dəfə oxunub

Müəllifin son yazıları

# # #