Maykl Duqlas Kannda Fəxri Palma budağı alacaq

Maykl Duqlas Kannda Fəxri Palma budağı alacaq
8 may 2023
# 17:00

Amerikalı aktyor və prodüser Maykl Duqlas bu ilki Kann Film Festivalında Fəxri Palma budağı alacaq.

Kulis.az xəbər verir ki, festival mayın 16-da Açılış Mərasimində aktyora ehtiramını bildirəcək və mükafatı ona təqdim edəcək.

Eyni zamanda Amine Mestanın Duqlas haqqında əvvəllər nümayiş olunmamış “Michael Duqlas, The Prodigal Son” adlı sənədli filmi festivalın saytında iki gün nümayiş olunacaq.

Film "Arte" kanalında yayımlanacaq.

Maykl Duqlas fəxri “Sezar” aldı

# 1136 dəfə oxunub

Müəllifin son yazıları

# # #