Maykl Ceksonun həyatından bəhs edən filmin davamı çəkilir

Maykl Ceksonun həyatından bəhs edən filmin davamı çəkilir
1 may 2026
# 13:50

Maykl Ceksonun həyatından bəhs edən "Michael" filminin davamı çəkilir.

"Euronews"un verdiyi xəbərə görə, dünya kinoteatrlarında kassa rekordları qıran "Michael" bioqrafik filminin ikinci hissəsinin çəkiləcəyi rəsmən təsdiqlənib.

"Lionsgate" rəhbərliyi yeni filmin çəkilişlərinə ən geci 2027-ci ildə, bəlkə də bu ilin sonuna qədər başlanılacağını bildirib.

İlk film sənətçinin 80-ci illərdəki karyerasına fokuslandığı üçün, davam filmində onun 1993-cü il "Super Bowl" performansı kimi ikonik hadisələrin yer alacağı gözlənilir.

Bununla belə, tənqidçilər yeni filmin də mirasçıların nəzarəti altında olacağını və pop kralının həyatındakı qalmaqallı məqamlardan yan keçəcəyini ehtimal edirlər.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər