Mayk Tayson: “Hekayəmi oğurladılar”

Mayk Tayson: “Hekayəmi oğurladılar”
8 avqust 2022
# 18:37

Dünyaca məşhur əfsanəvi boksçu Mayk Tayson haqqında film çəkən "Hulu" platformasından şikayətçidir.

Kulis.az xəbər verir ki, boksçu platforma yaradıcılarını onun tərcümeyi-halını oğurlamaqda ittiham edib. Bu barədə sosial media hesabında yazan Tayson layihənin çəkilişi üçün yaradıcıların ondan icazə almadığını və ekran işi ilə bağlı onunla heç kimin məsləhətləşmədiyini vurğulayıb.

Bundan başqa, bioqrafik filmin yaradıcıları ona faiz də ödəməyiblər.

"Hekayəmi oğurladılar və mənə pul vermədilər. Sizi aldatmalarına imkan verməyin. Mən onların həyatımla bağlı hekayəsini dəstəkləmirəm. Bu, 1822-ci il deyil, 2022-dir. "Hulu" rəhbərləri üçün mən sadəcə hərraca çıxara biləcəkləri qara adamam" deyə, Tayson bildirib.

Həmçinin boksçu qeyd edib ki, ona 1 dollar belə təklif etməyən platforma təmsilçiləri həyatı ilə bağlı təfərrüatları açıqlamaq üçün yaxınlarına milyonlar ödəməyə çalışıblar. Tayson ona qarşı edilən bu hərəkəti heç vaxt unutmayacağını vurğulayıb.

Qeyd edək ki, "Mayk" adlı ekran işində baş rolu Trevante Rodos canlandırıb. Bu ilin iyulunda layihənin ilk treylerini yayımlanıb. Filmin premyerası avqustun 25-də baş tutacaq.

# 1467 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #