Avstraliyalı aktyor Martin Qrelis 57 yaşında vəfat edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun agenti məlumat yayıb.
Məşhur “Matriks” elmi-fantastik blokbasterində rol alan aktyorun karyerası 30 ildən artıq müddəti əhatə edib.
Qeyd edək ki, Hollivud ulduzu “Matriks”lə yanaşı "İron Sky", "Rake", "The Lost World" kimi bir çox film və seriallarda yer alıb.