Mark Eliyahu: "Ondan həm musiqini, həm də həyatı öyrənirəm"

Mark Eliyahu: "Ondan həm musiqini, həm də həyatı öyrənirəm"
23 oktyabr 2025
# 17:13

Dünyaşöhrətli musiqiçi və bəstəkar Mark Eliyahu 29 oktyabrda Heydər Əliyev Sarayında çıxış edəcək.

Kulis.az xəbər verir ki sənətçi konsertdən əvvəl sosial media hesabında Bakı haqqında xatirələrini bölüşüb.

O, müəllimi - mərhum kamança ifaçısı Ədalət Vəzirovla fotosunu paylaşaraq bu sözləri yazıb:

“Bakı necə də sehrlidir. Şəkildə mənim 17 yaşım var, müəllimim Ədalət Vəzirovla həm musiqini, həm də həyatı öyrənirəm.

25 ildən sonra musiqim və qrupumla Bakıda çıxışa hazırlaşıram. Həyat səyahəti sürprizlərlə doludur. Bakı - gələn həftə görüşərik”.

Qeyd edək ki, Ədalət Vəzirov 5 oktyabr 2002-ci ildə İstanbulda ürək tutmasından vəfat edib.

# 423 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər