Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı
31 oktyabr 2026
# 15:30

Britaniyalı müğənni Raye nüfuzlu “Mercury Prize” mükafatını qazandıqdan sonra musiqi bazarında da böyük sıçrayış edib.

Kulis.az xəbər verir ki, oktyabrın 22-də “This Music May Contain Hope” albomuna görə mükafata layiq görülən ifaçının satış göstəriciləri cəmi bir neçə gün ərzində 275 faiz artıb.

Albom Britaniya rəsmi hit-paradının aralıq siyahısında 88-ci yerdən 11-ci yerə yüksəlib.

Təxminən 73 dəqiqə davam edən albom Raye-nin əvvəlki işlərindən daha geniş musiqi palitrası ilə seçilir. Burada caz orkestrinin təsiri, soul, pop və fank elementləri birləşir.

Məhz bu iddialı yanaşma albomu ilin ən çox müzakirə edilən musiqi işlərindən birinə çevirib. Mükafatın ardınca albomla yanaşı, “Where Is My Husband!” mahnısının da hit-paraddakı mövqeyi yaxşılaşıb. Raye son illərdə müstəqil musiqiçi kimi fəaliyyətini davam etdirərək sənaye daxilində öz yerini yenidən qurub.

“Mercury Prize” qələbəsi isə onun həm tənqidçilər, həm də geniş auditoriya qarşısında mövqeyini gücləndirib.

# 94 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər