“Mahmud və Məryəm” filmi Qətərdə nümayiş olundu

“Mahmud və Məryəm” filmi Qətərdə nümayiş olundu
29 avqust 2022
# 15:40

Qətərin Dram Teatrında Azərbaycanın Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında çəkilmiş “Mahmud və Məryəm” filmi nümayiş olunub.

Kulis.az xəbər verir ki, filmin nümayişi Azərbaycanın Qətərdəki səfirliyinin təşəbbüsü ilə baş tutub.

Mərasimdə Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyənin Qətərdəki səfiri Mehmet Mustafa Göksu, digər diplomatlar və Qətərdəki Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Ərəb dilinə dublyaj edilən, ərəb ölkələrində ilk dəfə Qətərdə nümayiş olunan və fərqli dünyadan iki gəncin həyatından bəhs edən bədii filmdə əsas rolları Aras Bulut İynemli və Eva Dedova ifa edirlər. Filmdəki hadisələr XV əsrdə cərəyan verir.

Qeyd edək ki, “Mahmud və Məryəm” Azərbaycan və Türkiyənin ilk müştərək layihəsi kimi 2013-cü ildə türk rejissor Mehmet Ada Öztekin tərəfindən çəkilib.

# 1623 dəfə oxunub

Müəllifin son yazıları

# # #