Maestro Niyazinin xatirəsinə həsr edilmiş konsert təşkil olundu

Maestro Niyazinin xatirəsinə həsr edilmiş konsert təşkil olundu
21 avqust 2023
# 15:36

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında SSRİ Xalq artisti, görkəmli dirijor və bəstəkar maestro Niyazinin anadan olmasının 111 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

Kulis.az xəbər verir ki, konsertdə bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

Konsert çərçivəsində Konsert valsı və “Rast” simfonik muğamı səsləndirilib. Solistlər Fatimə Cəfərzadə (soprano) və Gülnar Qüdrətli (xanəndə) orkestrin müşayiəti altında dinləyicilərə bəstəkarın “Arzu” romansı və “Qaragilə” xalq mahnısını (işlənmə Niyazinindir) təqdim ediblər.

# 904 dəfə oxunub

Müəllifin son yazıları

# # #