Amerikalı müğənni Madonnanın həyatı və karyerasından bəhs edən bioqrafik filmin yayımı dayandırılıb.
Kulis.az xəbər verir ki, buna səbəb kimi Madonnanın böyük dünya turuna çıxaması göstərilib.
Bununla belə, anonim mənbələr bildiriblər ki, ləğv qərarı ötən ilin sonunda, tur elan edilməzdən xeyli əvvəl verilib.
İfaçının özü isə bununla bağlı heç bir fikir səsləndirməyib.