Dünyaca məşhur müğənni Madonna infeksiya səbəbilə xəstəxanaya yerləşdirildən sonra ilk dəfə Nyu-York küçələrində görüntülənib.
Kulis.az xəbər verir ki, müğənni rəfiqəsi ilə gəzintiyə çıxıb.
62 yaşlı müğənninin görüntülərini bloqqer Loren Konlin sosial şəbəkələrdə yayıb.
- Aleksandr Puşkinin poemalarının ilk toplusu auksiona çıxarıldı
- Əjdər Ola ağır itki üz verib
- Meksikada Azərbaycan muğamı gecəsi keçirildi
Madonna şort, köynək, idman ayaqqabısı və papaq geyinib. İfaçının günrah olması da diqqətdən yayınmayıb.
Qeyd edək ki, Madonna iyunun 24-də huşsuz vəziyyətdə tapılıb və xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib. Ona ağır bakterial infeksiya diaqnozu qoyulub.