2026-cı il “MTV Video Music Awards”ın qalibləri açıqlanıb. Gecənin ən çox mükafat qazananı Madonna olub. Taylor Svift isə həm “İlin videosu” mükafatını qazanıb, həm də MTV tarixində yeni rekorda imza atıb.
Kulis.az xəbər verir ki, 2026-cı il “MTV Video Music Awards” mərasimi sentyabrın 27-də Los-Ancelesdəki Peacock Theater-də keçirilib.
Gecəyə Snup Doq aparıcılıq edib. Madonna 7 mükafatla gecənin ən çox təltif olunan sənətçisi olub.
Taylor Svift isə “The Fate of Ophelia” klipinə görə “İlin videosu” mükafatını qazanıb. O, həmçinin ilk dəfə təqdim olunan “Artist Director Honors” mükafatına layiq görülüb və bununla MTV VMA tarixində ən çox mükafat qazanan sənətçi statusunu əldə edib. Onun ümumi VMA sayı 31-ə çatıb.
Gecənin əsas qalibləri
“İlin videosu” – Taylor Svift, “The Fate of Ophelia”
“İlin artisti” – Madonna
“İlin mahnısı” – BTS, “SWIM”
“Ən yaxşı yeni artist” – Sienna Spiro
“Ən yaxşı əməkdaşlıq” – Madonna və Sabrina Carpenter, “Bring Your Love”
“Ən yaxşı pop” – LISA, “Dream” feat. Kentaro Sakaguchi
“Ən yaxşı hip-hop” – Cardi B və Kehlani, “Safe”
“Ən yaxşı R&B” – Bruno Mars, “I Just Might”
“Ən yaxşı alternativ” – Olivia Rodrigo, “the cure”
“Ən yaxşı Latın” – Bad Bunny, “NUEVAYoL”
“Ən yaxşı K-pop” – BTS, “SWIM”
“Ən yaxşı kantri” – Ella Langley, “Choosin’ Texas”
“Ən yaxşı rəqs” – Madonna, “Confessions II – The Film”
“Ən yaxşı qrup” – BTS
“Ən yaxşı uzunmetrajlı video” – Madonna, “Confessions II – The Film”
“Ən yaxşı albom” – Madonna, Confessions II
“Yayın mahnısı” – Ariana Grande, “hate that i made you love me”
“Ən yaxşı rejissorluq” – Taylor Svift, “Opalite”
“Ən yaxşı bədii rejissorluq” – PinkPantheress və Zara Larsson, “Stateside”
“Ən yaxşı operator işi” – Madonna, “Confessions II – The Film”
“Ən yaxşı montaj” – Sabrina Carpenter, “House Tour”
“Ən yaxşı xoreoqrafiya” – Madonna, “Confessions II – The Film”
“Ən yaxşı vizual effektlər” – Ariana Grande, “hate that i made you love me”
“Video Vanguard” mükafatı – Nirvana
“Artist Director Honors” – Taylor Svift.
Madonna gecənin əsas qalibi oldu
Madonna “Artist of the Year”, “Best Collaboration”, “Best Dance”, “Best Long Form Video”, “Best Album”, “Best Cinematography” və “Best Choreography” daxil olmaqla ümumilikdə 7 mükafat qazanıb. Bununla o, 2026-cı il mərasimində ən çox “Moon Person” əldə edən sənətçi olub.
Madonna gecənin açılışını Sabrina Karpenter ilə birlikdə “Bring Your Love” mahnısı ilə edib.
Taylor Svift yeni tarix yazdı
Taylor Svift üçün gecənin əsas hadisəsi yalnız “The Fate of Ophelia” ilə “İlin videosu” mükafatını qazanması olmayıb.
Müğənni ilk dəfə təqdim olunan “Artist Director Honors” mükafatını da alıb. AP-nin məlumatına görə, bununla onun VMA mükafatlarının ümumi sayı 31-ə yüksəlib və o, şounun tarixində ən çox mükafat qazanan sənətçi olub.
Svift həmçinin “Opalite” mahnısına görə “Ən yaxşı rejissorluq” mükafatını qazanıb.

BTS üç mükafat qazandı
BTS də gecənin əsas qalibləri sırasında olub. Qrup “İlin mahnısı”, “Ən yaxşı K-pop” və “Ən yaxşı qrup” mükafatlarını əldə edib. “SWIM” həm mahnı, həm də K-pop kateqoriyasında qalib olub.
Ariana Grande və Sabrina Karpenter də fərqləndi
Ariana Qrande “Yayın mahnısı” və “Ən yaxşı vizual effektlər” mükafatlarını qazanıb. Hər iki mükafat “hate that i made you love me” mahnısına görə verilib.
Sabrina Karpenter isə Madonna ilə birlikdə “Ən yaxşı əməkdaşlıq” mükafatını qazandığı kimi, “House Tour” klipinə görə “Ən yaxşı montaj” mükafatına da sahib olub.
Nirvana “Video Vanguard” mükafatına layiq görüldü
Gecənin xüsusi mükafatı isə Nirvanaya təqdim olunub. Qrupun sağ qalan üzvləri Krist Novoseliç, Deyv Qrohl və Pat Smir mükafatı birlikdə qəbul ediblər. Kurt Kobeyn 1994-cü ildə vəfat etdiyi üçün qrup mərasimdə onun iştirakı olmadan təltif olunub.
Ülvi Bahadır