Luvrdan sonra daha bir muzeydə oğurluq hadisəsi baş verdi

Luvrdan sonra daha bir muzeydə oğurluq hadisəsi baş verdi
1 noyabr 2025
# 10:40

ABŞ-nin Kaliforniya ştatının Oklənd şəhərində yerləşən muzeydə genişmiqyaslı oğurluq hadisəsi baş verib.

Kulis.az xəbər verir ki, polisin açıqlamasına görə, naməlum şəxslər muzeyin anbarına daxil olaraq kolleksiyadan 1000-dən çox artefakt aparıblar. Oğurlanan əşyalar arasında yerli Amerika tayfalarına məxsus qədim əl işləri, zərgərlik məmulatları və digər tarixi eksponatlar var.

Məlumata görə, hadisə muzeyin saxlanma bölməsində baş verib. İlkin məlumatlara əsasən, oğurluq əvvəlcədən peşəkar şəkildə planlaşdırılıb. Hadisə baş verən vaxt muzeydə heç bir işçi olmayıb və oğurluq yalnız ertəsi gün aşkarlanıb.

İstintaq Federal Təhqiqat Bürosu (FBI) ilə birgə aparılır. Oğurlanan eksponatların ümumi dəyəri açıqlanmayıb.

Qeyd edək ki, bu yaxınlarda Fransada naməlum şəxslər Luvr muzeyinə girərək imperator Napoleonun kolleksiyasından 9 əşya oğurlamışdılar.

# 126 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər