Luvr yenidən ziyarətçilər üçün bağlandı

Luvr yenidən ziyarətçilər üçün bağlandı
27 yanvar 2026
# 10:03

Fransanın paytaxtında yerləşən Luvr muzeyi bazar ertəsi günü dördüncü dəfə ziyarətçilərin üzünə bağlanıb.

Kulis.az xəbər verir ki, muzey rəhbərliyi bağlanmanın səbəbinin əməkdaşların etiraz aksiyası ilə bağlı olduğunu açıqlayıb.

İşçilər dekabrın ortalarından etibarən iş şəraitinin ağırlaşması və resurs çatışmazlığına etiraz edərək tətilə başlayıblar.

Xatırladaq ki, yanvarın 12-də də Luvr eyni səbəbdən fəaliyyət göstərməyib. Ötən ilin dekabrında muzey bir gün tam qapalı olub, sonrakı günlərdə isə qismən ziyarətçiləri qəbul edib.

Qeyd olunur ki, muzeydə baş verən oğurluq hadisəsindən təxminən üç ay sonra əməkdaşlar işçi çatışmazlığının aradan qaldırılmasını və tarixi kral sarayının saxlanma şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.

Dekabr ayında keçirilən tətilə Luvr muzeyinin təxminən 350 əməkdaşı qoşulub. Etiraz aksiyasında idarəetmə heyəti, mədəni irsin mühafizəsi üzrə mütəxəssislər və texniki personal da iştirak edib.

# 58 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər