Lorin artıq “Eurovision”da çıxış etməyəcək

Lorin artıq “Eurovision”da çıxış etməyəcək
16 may 2023
# 10:20

İkinci dəfə “Eurovision”un qalibi olan isveçli müğənni Lorin müsabiqədə bir daha çıxış etməyi planlaşdırmadığını deyib.

Kulis.az xəbər verir ki, müğənni bu barədə mk.ru saytına açıqlamasında deyib.

“Yenidən “Eurovision”a qayıdıb-qayıtmayacağım sizə maraqlıdır? Bilmirəm, hər şey ilhamla, yaradıcılıqla bağlıdır. Builki “Eurovision”a getmək istəmirdim, amma sonra məndə həvəs yarandı. Mənə elə gəlir ki, yaradıcılıqda heç bir məhdudiyyət olmamalıdır. İndi müsabiqədə bir daha çıxış etməyi planlaşdırmıram”, - deyə Lorin qeyd edib.

Qeyd edək ki, 2012-ci ildə "Euphoria" treki ilə “Eurovision”un qalibi olan Lorin, bu il isə "Tattoo" mahnısı ifa edərək 583 xal toplayıb və yenidən qalib olub.

# 1400 dəfə oxunub

Müəllifin son yazıları

# # #