Londonda azərbaycanlı rəssamların sərgisi açıldı

Londonda azərbaycanlı rəssamların sərgisi açıldı
27 fevral 2026
# 15:30

Londonda yerləşən “Gazelli Art House” qalereyasında “Qafqazdan nağıllar” (“Tales from the Caucasus”) adlı qrup sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə istedadlı rəssamlar Ülviyyə İman, Aqil Abdullayev, Fərhad Fərzəli, Ramina Səadatxan və Aiganym Mukhamejanın işləri nümayiş olunub.

Sərgi çərçivəsində təşkil olunan özəl təqdimat zamanı qonaqlar rəssamların əsərləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Tədbir zamanı qonaqlar sərgidə Ülviyyə İman ilə ünsiyyət quraraq onun yaradıcılıq fəlsəfəsi, ilham mənbələri və əsərlərində əks olunan zəngin Qafqaz motivləri barədə ətraflı məlumat alıblar. Rəssamın işlərində regionun mədəni irsi, kollektiv yaddaşı və müasir incəsənət yanaşmaları xüsusi yer tutur.

Sərgi Britaniyada fəaliyyət göstərən Azərbaycan Qadınlar Assosiasiyası ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub. Tədbirin əsas məqsədi incəsənət vasitəsilə Azərbaycan mədəniyyətini tanıtmaq, icma üzvlərini bir araya gətirmək və mədəni dialoqu təşviq etmək olub.

# 62 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər