Əlillik mövzusunda kitab təqdim olunacaq

Əlillik mövzusunda kitab təqdim olunacaq
27 fevral 2020
# 09:53

Yazar Samir İmanovun yeni kitabı işıq üzü görüb.

Müəllifin Kulis.aza bildirdiyinə görə, “Zəif əzələ, gücü iradə” adlanan kitaba əlillik mövzusunda hekayə, şeir və məqalələr toplanıb. Kitabda maarifləndirici və ruh yüksəkliyi yaradan yazılar da yer alıb.

Müəllifin bundan əvvəl analoji mövzuda iki kitabı işıq üzü görüb.

“Alatoran” nəşriyyatında çıxan kitab martın 3-ü saat 15-də Sumqayıt şəhərində yerləşən Əli Kərim poeziya klubunda oxuculara təqdim olunacaq.

# 1950 dəfə oxunub

Müəllifin son yazıları

# # #