Xalq artisti Əlibaba Məmmədova ağır itki üz verib.
Kulis.az Axşam.az-a istinadən xəbər verir ki, xanəndənin qızı vəfat edib.
Əlibaba Məmmədov açıqlamasında xəbəri təsdiqləyib:
- 80 yaşlı aktyora cinsi təcavüz ittihamı
- “Ələddinin sehrli çırağı” tamaşası yenidən səhnədə
- "Artıq dramatizm mətni hind kinosuna çevirir" - Hekayə müzakirəsi
“Bəli, doğrudur. Böyük qızım 1 aydan çoxdur ki, rəhmətə gedib. Həkim çalışırdı, onların işi çox idi. Amma koronavirusdan rəhmətə getməsi barədə deyilənlər yalandır. Atalar övlad çiynində o biri dünyaya yola salınar, amma məndə əksinə oldu.
Qızımın 70 yaşı var idi. Dünyaya gələn bir gün getməlidir də. Kim qalacaq ki? Mənim də 92 yaşım var, bu gündən mənim üçün də olacaq. Başsağlığınıza görə təşəkkür edirəm. Allah sizləri, əzizlərinizi qorusun”.