“Leyli və Məcnun” Koreya dilində çap olundu

“Leyli və Məcnun” Koreya dilində çap olundu
16 fevral 2022
# 09:50

Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Koreya dilinə tərcümə olunub.

Kulis.az xəbər verir ki, əsəri Koreya Respublikasının Hoseo Universitetinin professoru Kim Seonq-ryonq və həmin universitetin magistri Ramin Abasov tərcümə ediblər. Poemanın tərcüməsi orta əsrlərin dil xüsusiyyətləri maksimum dərəcədə nəzərə alınmaqla, Koreya dilinə uyğunlaşdırılaraq həyata keçirilib.

Bundan əlavə, kitabda Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilməklə yanaşı, şairin yaşayıb yaratdığı XII-XIII əsrlərdə Azərbaycanın yerləşdiyi regiondakı ictimai-siyasi mühit, həmin dövrdə mövcud olmuş dövlətlər və dövlət xadimləri barədə də söhbət açılıb.

# 1471 dəfə oxunub

Müəllifin son yazıları

# # #