“Leylək və Müqəvva” tamaşasının premyerası olacaq

“Leylək və Müqəvva” tamaşasının premyerası olacaq
18 aprel 2025
# 12:00

Mayın 3-də Azərbaycan Dövlət Kukla Teatrında “Leylək və Müqəvva” tamaşasının premyerası olacaq.

Kulis.az xəbər verir ki, Slovakiya yazıçısı Yaroslav Vadorajkanın “Müqəvva” əsəri əsasında hazırlanan bu birhissəli uşaq tamaşası Zümrüd Quliyevanın tərcüməsində səhnələşdirilib.

Bu yeni səhnə əsərinin əsas qəhrəmanları mərhəmətli Müqəvva, xilaskar Ağac və yaralı leylək Aykodur.

Tamaşanın quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı isə Rəvanə Yaqubovadır.

Birhissəli uşaq tamaşasında personajları Əməkdar artist Cəmilə Allahverdiyeva (Balaca leylək Ayko), aktyorlar Elnur Xəlilov (Müqəvva), Nərmin Əhmədova (Sərçə, Leylək), Samirə Nəcəfova (Tülkü, Leylək) və Yusif Baxşəliyev (Külək, Leylək, Ağac) canlandırırlar.

Qeyd edək ki, tamaşanın ana ideyası təbiətə sevgi və canlılar arasında sədaqət hissidir.

# 122 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #