Lətif Kərimovun “Azərbaycan xalçası” kitabı çap olundu - Video

Lətif Kərimovun “Azərbaycan xalçası” kitabı çap olundu - Video
3 dekabr 2022
# 11:20

“Xalq” Bankın “Xalq Əmanəti” layihəsinin 22-ci nəşri Xalq rəssamı Lətif Kərimovun “Azərbaycan xalçası” kitabına həsr olunub.

APA xəbər verir ki, Bakıda görkəmli rəssamlar, ziyalılar və digər incəsənət nümayəndələrinin iştirakı ilə yeni nəşrin təqdimatı keçirilib.

Tədbirdə çıxış edənlər kitabın xalça sənətinin tədqiqatçıları üçün dəyərli mənbə olduğunu, Azərbaycan təsviri-sənətinin çağdaş dünyada tanınmasında xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər. Bildirilib ki, nəşr Azərbaycan və ingilis dillərində hazırlanıb.
Natiqlər “Xalq Əmanəti” layihəsinin milli irsin qorunmasında rolundan da bəhs ediblər.

Məlumat üçün onu da bildirək ki, Lətif Kərimov 20 il ərzində Azərbaycan xalçaçılıq məntəqələrindən 1300 xalça elementi toplayıb.

Dekabr ayının 4-dən başlayaraq “Xalq” Bankın əsas binasında Lətif Kərimovun əsərlərindən ibarət ekspozisiya fəaliyyət göstərəcək.

Sərgini iş günləri saat 18:00-dan 21-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək ziyarət etmək mümkündür. Giriş sərbəstdir.

# 1442 dəfə oxunub

Müəllifin son yazıları

# # #