Lənkəranda tarixi qalanın şiferlə örtülməsinə aydınlıq gətirildi

Lənkəranda tarixi qalanın şiferlə örtülməsinə aydınlıq gətirildi
13 iyul 2023
# 12:40

Lənkərandakı Dairəvi qalanın damının şiferlə örtülməsinə aydınlıq gətirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, sosial mediada Lənkərandakı Dairəvi qalanın damının şiferlə örtülməsi ilə bağlı fotoları yayılıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bir neçə il öncə Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb.

“Hazırda daxili imkanlar hesabına qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, qalanın mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Həmçinin aparılacaq bərpa işlərinin başlanılmasına qədər tarixi tikilinin təbii təsirlərdən, yağıntılardan qorunması məqsədilə qalanın damı müvəqqəti örtüklə əvəz olunub”.

# 849 dəfə oxunub

Müəllifin son yazıları

# # #