Lənkəran Teatrı yeni mövsümə başlayacaq

Lənkəran Teatrı yeni mövsümə başlayacaq
8 sentyabr 2022
# 18:20

Lənkəran Dövlət Dram Teatrı sentyabrın 16-da özünün 132-ci mövsümünə baş rejissor Anar Babalının qələmə aldığı və quruluş verdiyi “Haqqın 44 günü” tamaşası ilə başlayacaq.

Bu barədə APA-ya teatrdan məlumat verilib.

Bildirilib ki, tamaşa Birinci və İkinci Qarabağ müharibəsində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapıb.

Tamaşada həmçinin müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində yaratdığı çətinliklərdən, ağrı-acılardan da bəhs olunur.

Tamaşanın quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Əsas rolları teatrın gənc aktyorlarından Sayad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbaszadə ifa edirlər.

# 1089 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #