Ledi Qaqa: "Məni heç vaxt bu qədər sevməyiblər..."

Ledi Qaqa: "Məni heç vaxt bu qədər sevməyiblər..."
14 noyabr 2025
# 16:30

Amerikalı ulduz Ledi Qaqa “Rolling Stone”a müsahibəsində “Ulduz doğulur” filminin çəkilişləri zamanı ciddi psixoloji böhran keçirdiyini açıqlayıb.

Kulis.az xəbər verir ki, aktrisa stress səbəbilə litium qəbul etdiyini və bunun nəticəsində “psixotik sarsıntı” yaşadığını deyib.

Çəkilişlərdən sonra Qaqa psixoloji problemlərə görə xəstəxanaya düşüb və orada lazımi tibbi yardım alıb, nəticədə 2019-cu ildə keçirilən 91-ci “Oskar” mükafatlandırma mərasimində özünü daha yaxşı hiss edib.

Müsahibəsində müğənni həmçinin nişanlısı Maykl Polanskiyə onu yenidən “sağlam və bütöv bir insan” olmağa yardım etdiyi üçün təşəkkür edib.

“O, mənə qayğı göstərmək istəyirdi. Məni heç vaxt bu qədər sevməyiblər. Mənim həyatım onun üçün ciddi məsələ idi. O, mənə başa saldı ki, həyatım əvəzolunmazdır”, - deyə ulduz vurğulayıb.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər