Yanvarın 17-də Akademik Milli Dram Teatrında “Ledi Maqbet” tamaşası yenidən nümayiş olunacaq.
Kulis.az xəbər verir ki, Uilyam Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Samirə Həsənova, bəstəkarı Azər Hacıəsgərli, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Ceyran Başarandır.
Yeni səhnə əsərində rolları Xalq artistləri Bəsti Cəfərova, Sabir Məmmədov, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Aslanqızı, Aslan Şirin, Elşən Cəbrayılov, Elnar Qarayev və digər aktyorlar ifa edəcəklər.
- Füzuliyə həsr olunmuş ən gözəl şeir
- Pantomima Teatrının noyabr repertuarı
- Məhbus yoldaşını zorlanmadan xilas edən azərbaycanlı rəssam...
“Ledi Maqbet”də personajlar tarixi şəxsiyyətlərdir. Tamaşa qisas arzusunun, şöhrətpərəstliyin və təqsirkarlığın ifrat dərəcəsini göstərir.