“LAGOM” simli kvartetinin konserti olacaq

 “LAGOM”  simli kvartetinin konserti olacaq
3 sentyabr 2024
# 14:17

Sentyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində Türkiyənin “LAGOM” simli kvartetinin konserti olacaq.

Kulis.az xəbər verir ki, məşhur LAGOM kvarteti ilk dəfə olaraq Azərbaycana gəlir.

Konsertin proqramına dünyaşöhrətli bəstəkar Firəngiz Əlizadənin “Muğamsayağı” və “Rəqs” əsərləri, hazırda Amerikada yaşayan türkiyəli bəstəkar Kemran İnce və Fazil Sayın musiqisi daxildir.

“LAGOM” kvarteti Bilkənt Universitetinin 2021-ci ildə məzun olan gənc musiqiçiləri tərəfindən təşkil olunub. Lagom sözü ansamblda balansın saxlanması mənasını verir.

Ansamblın rəhbəri Bilkənt Konservatoriyasının professoru Toğrul Qəniyevin tələbəsi olmuş azərbaycanlı violin ifaçısı Hüseynəli Hüseynəliyevdir. Kvartetin tərkibinə ikinci violin ifaçısı qırğızıstanlı Aliyə Okeyeva, türk musiqiçiləri - viola ifaçısı Semih Tercan və violonçel ifaçısı Yaşar Koroğlu daxildir. Yalnız bədii rəhbərdən başqa ansamblın solistləri müxtəlif ölkələrin musiqiçilərindən ibarət olaraq tez-tez dəyişilir.

LAGOM kvartetinin repertuarına dünya musiqisinin ən möhtəşəm əsərləri daxildir. Odur ki, onların ifası dinləyicilərdə kvartet musiqisinin dəqiq və “təkmilləşmiş” təsəvvürünü yaradır.

# 481 dəfə oxunub

Müəllifin son yazıları

# # #