Kukla Teatrının direktoru nazirliyin yoxlamasından narazıdır

Kukla Teatrının direktoru nazirliyin yoxlamasından narazıdır
8 dekabr 2022
# 18:04

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə Mədəniyyət Nazirliyinin Teatrda apardığı yoxlama zamanı nazirlik nümayəndələrinin səlahiyyətlərindən sui-istifadə etdiklərini bildirib.

Kulis.az xəbər verir direktor bu barədə APA-ya açıqlamasında məlumat verib.

Rəşad Əhmədzadə yoxlamanın gedişatından narazı qaldığını vurğulayıb: “Yoxlamanın gedişatı, bu qədər uzun çəkməsi və yoxlama aparan şəxslərin səlahiyyətlərindən sui-istifadə etməsi səbəbindən bu gün artıq ictimaiyyətə bu barədə məlumat verməyi məqbul hesab etdik. Bu gün bununla bağlı saat 18:00-da, Teatrda mətbuat konfransı təşkil edəcəyik”.

# 1215 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #