Kukla Teatrının bölgələrə qastrolu davam edir

Kukla Teatrının bölgələrə qastrolu davam edir
24 mart 2023
# 14:41


“Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən səkkiz aparıcı teatrın bölgələrə qastrol səfərləri davam edir.

Layihə çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrı da Salyan və Lənkəran şəhərlərində olub.


Teatrın mətbuat xidmətindən bildirilib ki, paytaxt kuklaçıları salyanlı teatrsevərlərə repertuarlarındakı maraqlı və baxımlı səhnə nümunələrindən “Müsyö Jordan və dərviş Məstəli şah”ı təqdim ediblər.


Xatırladaq ki, ölkədaxili qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatı fəallaşdırmaq, gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsinə təkan vermək, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

# 1131 dəfə oxunub

Müəllifin son yazıları

# # #