Kukla Teatrından bayram hədiyyəsi: “Qış nağılı”

Kukla Teatrından bayram hədiyyəsi: “Qış nağılı”
30 dekabr 2023
# 15:30

Azərbaycan Dövlət Kukla Teatrının “Qış nağılı” tamaşası maraqla qarşılanıb.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.

Səhnə işinin ilk izləyiciləri sağlamlıq imkanları məhdud balaca tamaşaçılar olub. Teatrın mütəmadı həyata keçirdiyi sosial-mədəni aksiyasına uyğun olaraq 200 nəfərə yaxın müxtəlif həssas qrupa aid uşaq və yeniyetmə tamaşanı böyük maraqla qarşılayıblar.

Musiqi tərtibatlı birhissəli uşaq tamaşasında mövzu müasir uşaqlar və onların əyləncə dünyasını əhatə edir. Uşaqlara həm sosial şəbəkələr ilə uzun zaman keçirməyin zərərləri aşılanır, həm də şifahi xalq ədəbiyyatı nümunələrindən seçilən məşhur personajlar və hadisələr vasitəsilə mütaliəyə maraq yaradılır.

Səhnə əsəri 2024-cü il yanvarın 4-dək hər gün 4 seans (12:00, 14:00, 16:00, 18:00) nümayiş olunacaq.

# 673 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #