Kukla Teatrı Tbilisidə beynəlxalq festivalda iştirak etdi

Kukla Teatrı  Tbilisidə beynəlxalq festivalda iştirak etdi
6 iyun 2024
# 15:04

Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərlik etdiyi qrup Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Uşaq və Gənclər Beynəlxalq Teatr Festivalında uğurla iştirak ediblər.

Kulis.az xəbər verir ki, kuklaçılarımız teatr bayramında “Məlikməmməd” (Azərbaycan xalq nağılı əsasında) tamaşasını nümayiş etdirərək münsiflər heyətinin rəğbətini qazanıblar.

Kuklaçılar 10-a yaxın ölkədən kukla teatrı kollektivlərinin təmsil olunduğu festivalda “Ən yaxşı səhnə həlli” və “Ən gözəl kukla” nominasiyalarında mükafata layiq görülüblər.

Xatırladaq ki, teatr qrupu “Məlikməmməd” tamaşasını həm də azərbaycanlıların kompakt yaşadıqları Marneulidə də göstərərək tamaşaçıları sevindiriblər.

Məlumat üçün deyək ki, bu səfər Azərbaycan Dövlət Kukla Teatrı ilə Gürcüstan Dövlət Kukla Teatrları Birliyi arasında əməkdaşlıq memorandumu çərçivəsində reallaşır. 2022-ci ildə imzalanmış bu sənədə əsasən, iki ölkənin nəinki kukla, ümumən teatrları müxtəlif istiqamətlərdə davamlı əməkdaşlıq edəcək və müştərək layihələrə qatılacaqlar. Bu mənada tamaşaların hazırlanması, təcrübə mübadiləsinin tətbiqi, ustad dərslərinin təşkili, eləcə də spesifik istiqamətlərdə kurs və qısamüddətli təlimlərin keçirilməsi də nəzərdə tutulub.

Memoranduma əsas məqsədi tərəflərin qarşılıqlı əməkdaşlığı yolu ilə müxtəlif yaş qrupları üzrə kukla ifaçılıq sənətini daha da təkmilləşdirmək və dünya miqyasında sistemli təbliğinə nail olmaqdır.

# 606 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #