Kristofer Nolan artıq film çəkməyəcək

Kristofer Nolan artıq film çəkməyəcək
17 iyul 2023
# 18:25

Rejissor Kristofer Nolan Hollivud aktyorlarının tətilləri bitənə qədər film çəkməyəcək.

Kulis.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

"Hamı başa düşməlidir ki, bu, işləyən insanlarla Hollivud arasındakı münasibətlərdə əsas məqamdır. Söhbət muzdlu aktyorlardan, özlərini və ailəsini dolandırmaq üçün çalışan tam ştatlı ssenaristlərdən gedir”.

"Oppenheimer"in rejissorunun sözlərinə görə, indiki halda tətil zəruridir.

Qeyd edək ki, iyulun 13-də Amerika həmkarlar ittifaqı SAG-AFTRA yeni üç illik müqavilənin şərtləri - film və serial platformalarının inkişafı fonunda daha yüksək əmək haqqı və daha yaxşı iş şəraiti ilə bağlı istehsalçılarla razılaşa bilmədiyi üçün tətilə başlayıb.

Elə həmin gün Londonda Nolanın "Oppenheimer" filminin premyerası olub. Filmin aktyorları Gillian Merfi, Mett Deymon, Remi Malek və Emili Blant tədbiri tərk ediblər.

# 968 dəfə oxunub

Müəllifin son yazıları

# # #