Kosmosa uçacaq ilk qazaxıstanlı qadın

Kosmosa uçacaq ilk qazaxıstanlı qadın
3 oktyabr 2025
# 13:35

Qazaxıstanın sabiq naziri Güljana Karaqusovanın qızı Danna Karaqusova kosmosa turist kimi uçacaq ilk qazaxıstanlı olacaq.

Kulis.az xəbər verir ki, "Blue Origin" şirkəti növbəti missiya çərçivəsində kosmosa yola düşəcək yeni heyətin tərkibini açıqlayıb. Şirkətin saytında bildirildiyinə görə, ekipaja altı nəfər daxil edilib ki, onların sırasında Danna Karaqusova da var.

Qazaxıstanlı qadın indiyə kimi Kilimancaro və Elbrus dağlarını fəth edib, indi isə kosmosu görmək qərarına gəlib.

Qeyd edək ki, kosmosa biletin qiymətinin 250 min dollar təşkil etdiyi bildirilib.

# 57 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər