Koreyanın zəngin mədəniyyəti Britaniya Muzeyində

Koreyanın zəngin mədəniyyəti  Britaniya Muzeyində
3 oktyabr 2026
# 11:00

Britaniya Muzeyi e.ə 300-cü ildən günümüzədək olan dövrü əhatə edən və Koreya yarımadasının zəngin mədəniyyətini nümayiş etdirən "Korea" adlı genişmiqyaslı sərgiyə start verib.

Kulis.az xəbər verir ki, 100-dən çox nadir sənət nümunəsinin yer aldığı ekspozisiyaya Cənubi Koreyanın rəsmi "Milli Xəzinə" və "Xəzinə" statusu verdiyi 23 eksponat daxildir.

Nümayiş olunan əsərlərin böyük hissəsi "Samsung" şirkətinin mərhum rəhbəri Li Qun-hinin 2020-ci ildə dövlətə bağışlanmış şəxsi kolleksiyasından gətirilib.

Sərginin əsas ekspozisiyası XVIII əsr Xoseon sülaləsi dövrünün görkəmli rəssamı Çon Sonun "İnvanq dağında yağışdan sonra açılan hava" əsəridir.

Ziyarətçilər, həmçinin Qoryeo dövrünün firuzəyi saxsı nümunələrini, Xoseon çinilərini və müasir incəsənət nümunələrini izləyə biləcəklər.

Qeyd edək ki, sərgi 31 yanvar 2027-ci il tarixinədək davam edəcək.

# 66 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər