Koppola ona böhtan atan jurnalı məhkəməyə verdi

Koppola ona böhtan atan jurnalı məhkəməyə verdi
13 sentyabr 2024
# 16:41

Oskar mükafatlı 85 yaşlı rejissor Frensis Ford Koppola Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi şikayətdə "Variety" jurnalını bilərəkdən yalan danışmaqda və ona qarşı kin saxlamaqda ittiham edib.

Kulis.az xəbər verir ki, Koppolanın bu ay yayımlanacaq "Meqalopolis" filminin çəkiliş meydançasında epizodik rollarda olan gənc qadın aktrisalarla qucaqlaşıb öpüşdüyü iddia edilir.

Rejissor iddialara görə 15 milyon dollar təzminat tələb edib və “Sight and Sound” jurnalına müsahibəsində bu iddiaları “gülünc” adlandırıb.

Koppala deyib:

"Mən gözəl qadınlarla çoxlu filmlər çəkmişəm. Və bütün karyeram boyu heç vaxt ən kiçik problem olmayıb. Həqiqət budur ki, qadınlara çox hörmət edirəm".

Jurnal mövzu ilə bağlı açıqlama verməyib.

Ülvi Bahadır

# 516 dəfə oxunub

Müəllifin son yazıları

# # #